TexnologiyaTexnologiya Xəbərləri

Pachter deyir ki, ‘Microsoft’un Sony’ə məğlubiyyəti məsələsini insanlar yanlış dəyərləndirir

Onlar ümumi oyun dünyasında qalib olmaq istəyirlər, sadəcə konsol olaraq deyil.

Bir neçə Xbox eksklüzivinin (Sea of ​​Thieves, Grounded, Pentiment və Hi-Fi Rush) Sony və Nintendo kimi rəqib konsollarda buraxılmasından sonra bir çox oyunçu bunu məğlubiyyət kimi qiymətləndirib. Wedbush Securities analitiki Michael Pachter özünün son Pachter Factor yayımında Microsoft-un faktiki oyun planlarının yanlış qəbul edildiyini düşünür. O qeyd edib ki, Windows və Xbox şirkəti daha kiçik konsol biznesini deyil, ümumi oyun biznesini qazanmağı hədəfləyir. Bunun üçün konsolda daha aqressiv qiymət strategiyası həyata keçirə bilərdilər, bunun üçün pulları var, lakin bu, onların planı deyil. Bunun əvəzinə, Game Pass abunə xidmətini mümkün olduqca çox insana çatdırmağı düşünürlər.

Məncə, Game Pass’in bütün inkişafı və tanıdılması, Xbox’un bir platforma olması və xüsusi bir cihaza ehtiyacınız olmadığını göstərmək üzərinə qurulub. Microsoft gələcəkdə, hamının konsolu olmadığı bir dünyada və internetə rahatlıqla qoşulduğu o cümlədən bütün oyunları bu şəkildə oynadığı dövürdə daha xoşbəxt olacaq.Game Pass, Microsoft’un uzun müddətli planıdır və məncə Microsoft bulud oyunçuluğun əslində gələcəyin bir parçası olduğunu çox erkən başa düşüb.Hansı ki, bu gələcəkdə sizin konsollara ehtiyacınız olmadığı üçün 200, 250,300 milyon istifadəçi bir anda 3-4 milyarda çıxa biləcək.İnsanlar istədikləri cihaz və istədikləri yerdən oyun oynaya biləcəklər.Bu onların əsl planıdır. Microsoft bu jenerasiya istəsə yenidən yüksələ bilərdi.Bunun üçün konsolların qiymətini endirib oyunları pulsuz vermək kifayət edərdi.Lakin bu Microsoftun əsl planı deyil. Microsoft 300 milyona deyil 3 milyarda çatmağa çalışır.Microsoft günün sonunda bu işdən daha çox pul qazanacaq.Çünki daha çox insan bu xidmətdən istifadə edəcək. Düşünürəm ki, oyunçuların Sony-yə uduzduqları barədə təsəvvürü səhvdir. Konsol döyüşündə məğlub ola bilərlər amma dəyərinizi belə ölçsəniz, daha çox konsol satılmalıdır. Əgər sual kimin daha çox qazanc əldə edəcəyidirsə, Microsoft 10x və ya 100x daha çox qazanacaq.”

Sizə maraqlı gələ bilər  Xiaomi HyperOS üçün gözlənilən xəbər!

Rövşən Hüseynov

Son 10 ildir müxtəlif forumlar və qruplarda insanlara yardım edərək və maraqli xəbərləri paylaşaraq təcrübə qazanmışam. İnsanlara kömək etməkdə olan bu təcrübəmi və biliklərimi daha da genişləndirmək məqsədilə fəaliyyətimə davam edirəm.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button