Oyun Xəbərləri

Gta 6 oyununa aldanmayın..

Fırıldaqçılar çoxalıb...

Bildiyiniz kimi Gta 6 treyler videosu yayımlandı. Oyun dünyasında bir zəlzələ effekti yaradan bu treyler videosunda Rockstar bir neçə nüansa aydınlıq gətirsə də, bəzi detallar qaranlıq olaraq qaldı yenədə. Məsələn, oyunun satış qiymətləri, ön sifarişlərə nə zaman açılacağı, hansı platformalara çıxacağı və s. Oyunçular da rəsmi açıqlama olmadan öz fikirlərini yazırlar və sözlər havada uçuşur. Bəzi fırıldaqçılar isə işi daha da böyüdürlər. Onlar insanları aldadaraq pullarını əlindən alırlar.

Sizə maraqlı gələ bilər  Red Dead Redemption 3 gəlir?

Deməli məsələ nədir, 225 dollar qarşılığında Gta 6-nın beta versiyasını yükləyib oynamaq, ön sifariş vermək kimi yalan vədlər verilir. Bunlara qətiyyən inanmayın. Sadəcə olaraq Rockstar və Rockstara bağlı rəsmi səhifələrin açıqlamalarına güvənin və inanın. Digərləri isə hamısı fırıldaqçıların tələsidir. Rockstar firması 2024-cü ildə Gta 6 haqqında detalları paylaşacaq.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button