Son günlərdə bu xəbər oyun mediasına bomba kimi düşdü. İllərdir gözlənilən o an gəldi çatdı.. Rockstar rəsmən Gta 6-nı elan etdi. Dekabr ayında oyunun çıxış tarixi və trailer videosu rəsmən yayımlanacaq. Bununla da artıq dedi-qodulara son qoyulacaq. Artıq rəsmən biləcəyik ki, bu oyun nədir, necədir. Çox güman oyun 2024-ün sonları, 2025-in əvvəllərində çıxacaq. Özüdə birinci konsollara ( xbox, playstation ) Çünki Gta 5 və Red Dead Redemption 2 oyunlarında da belə etmişdilər. Birinci konsol sonra PC. Nəyə görə ?
Çünki belə olan halda oyunu daha rahat optimizasiya edə bilirlər. Ama il olub artıq 2023. Əllərindəki texnologiya ilə bütün platformalara eyni anda oyunu çıxara bilərlər. Həm də Gta-nı yaşadan onun online modudur. Buradan küllü miqdarda pullar qazanıldığından və online modunu ən çox PC oyunçuları oynadığından ilk olaraq PC-yə gətirməkləri məntiqli görünür. Bəs biz sızıntılar vasitəsilə bu oyun haqqında nə bilirik ?
Deyilənə görə GTA tarixində ən böyük oyun xəritəsi olacaq bu oyunda. Vice City-yə bənzər bir dövrdə keçəcək ama xəritəsi 5-6 Vice City xəritəsi boyda. Təsəvvür edirsiz? Bir qadın bir kişi xarakterimiz olacağı bəllidir. Jason və Lucia. Bunların hekayəsi isə 20-ci əsrin əvvəllərində yaşamış soyğunçu sevgililər Bonnie və Clyde-dan ilhamlandığı deyilir. Qrafiklərin necə olacağını isə tanrı daha yaxşı bilir 🙂
Məni ən çox narahat edən oynanışdır. Rockstar oyunlarındakı o ağırlıq artıq bitsə yaxşı olar. Və maşınların artıq lisenziyalı olmağını gözləyirik. Oyunun türk dilində gəlməyini istəyənlər də çoxdur və məncə haqlıdırlar. Artıq demək olar ki, böyük oyunlar türk dilində çıxır və biz də rahat dil problemi olmadan oynaya bilirik.
Bu arada oyunun 150 dollar qiyməti olacağı deyilir. Bu həqiqətən çox bahadır. Biz oyunçular oyunu əylənmək üçün oynayırıq kredit ödəmək üçün yox. Fikrimcə dünyanın ən yaxşı oyunu belə 150 dollara dəymir. Dekabr ayını səbrsizliklə gözləyirik.