Oyun Xəbərləri

Playstation özəl oyunları PC-yə gəlir !

Bu il içində gələcək..

Sony-nin baş direktoru Kenichiro Yoshida ilə müsahibə zamanı dediyinə görə, PC platformasına daha çox PlayStation oyunları gələcək. Təfərrüatlar xəbərimizdə.

Bildiyiniz kimi, 2020-ci il həm Sony Interactive Entertainment, həm də biz oyunçular üçün dəyişik bir il olmuşdu.  Eksklüziv PlayStation 4 oyunları Epic Games və Steam mağazaları vasitəsilə PC platformasına gəlməyə başlamışdı. Horizon: Zero Dawn – The Complete Edition ilk olaraq gəldi, bundan sonra Days Gone, God of War, Marvel’s Spider-Man Remastered və onun DLC-si Miles Morales, Uncharted: Thieves Legacy Collection və The Last of Us Part 1 PC-yə gəldi. PC platformasını portfelinə qatan və beləliklə də daha geniş kütləyə çata bilən Yapon texnologiya nəhəngi, zamanla əldə etdiyi əhəmiyyətli qazanclardan sonra investisiyalarını daha da ciddi istiqamətlərə yatırmağa başladı.

Sizə maraqlı gələ bilər  Noyabr ayının ən çox satılan oyunları

Keçən ay elan edilən Horizon: Forbidden West Complete Edition üçün gözləmə davam edərkən, Sony-nin CEO-su Kenichiro Yoshida ilə Ghost of Tsushima, God of War Ragnarök və The Last of Us Part 2 daxil olmaqla daha çox PlayStation eksklüziv oyunlarının PC platformasına gəlməsinin xoş xəbərini verdi.

 

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button