Yeni Prince of Persia oyunu yaxında çıxır. Prince of Persia The Lost Crown adlı bu oyun yanvarın 18-ində fransız nəhəng oyun firması Ubisoft tərəfindən satışa çıxarılacaq. Yanvar ayının 11-i isə oyunun demosunu yükləyib oynaya bilərsiniz. Çox oyunçu gözləyirdi ki, bu oyun yenə əvvəlki kimi böyük oyun olacaq. Yəni indiki Assassin’s Creed oyunları kimi. Amma Ubisoft tam fərqli bir qərar verdi.
Bu oyun bilinənlərin əksinə 2D oyun olacaq. Çünki insanlar artıq Ubisoftun standart açıq dünya oyunlarından sıxılmışdı. Ona görə də artıq fərqli tərzdə bir oyun çıxarıblar. Oyunun qapalı betasını oynayanlar oyunu bəyəniblər. Vuruş hissi, xarakterin hərəkətləri, hekayə, qrafiklər, boss savaşları çox bəyənilib. Hətta növünün ən yaxşı oyunları sırasında göstərilir. Bir tək dialoqlar bəyənilməyib. O da fikrimcə, belə tip oyunları heç kim hekayəsinə görə oynamır.
Oyunun satış qiyməti isə 50 dollar olacaq.