Bir neçə gün öncə xəbər vermişdik ki, hacker qrupları tərəfindən İnsomniac Games şirkəti kiber hücuma məruz qalıb. Bununla da firmadakı işçilərin şəxsi məlumatları, yeni çıxacaq oyunlar haqqında məlumatlar, şəkillər hamsı üzə çıxıb. Kompüter quldurları, bu məlumatları paylaşmamaq qarşılığında 2 milyon dollar pul istəmişdilər. Görünür, istədiklərini ala bilməyincə məlumatları paylaşmağa başlayıblar.
Marvel’s Wolverine oyunu haqqında çox maraqlı bir detal üzə çıxıb. Sızdırılan məlumatlarda oyunun ikinci dünya savaşı tarixi dönəmində keçəcəyi bildirilir. Xarakter Loganla ikinci dünya savaşı dönəmində oynamaq çox ləzzətli olardı. Bu da həmin dövrə marağı olan məni çox həyəcanlandırdı. Qeyd edim ki, bu oyun 2021-ci ildə elan edilib və hazırlanma ərəfəsindədir, 2024-cü ildə çıxışı planlaşdırılır. Oyun Playstation 5-ə özəl olacaq. Növbəti xəbərləri izləmədə qalın.