OyunOyun Xəbərləri

Böyük oyunlar gəlir !

Amma gözləmək lazımdır

Insomniac Games-ə kiber hücum ilə hakerlər oğurlanmış məlumatları internetdə yaydı. Bu münasibətlə studiyanın gələcək planları da üzə çıxdı. Nələr baş verir!

Ötən gün bir haker qrupu tərəfindən kiber hücuma məruz qalan Insomniac Games ilə bağlı sızıntılar davam edir. Yadınızdadırsa, Rhysida həm studiya işçilərinin, həm də Piter Parkerin səs aktyoru Yuri Loventalın şəxsi sənədləri və məlumatlarına əlavə olaraq, Wolverine oyunundan bir neçə skrinşot və konsept sənətini ələ keçirmişdi.

Bu hadisənin təsirləri təbii ki, özünü göstərməkdə davam edir. Tələb olunan iki milyon dollarlıq bitcoin  ödənilmədikdə, haker qrupu Wolverine PC versiyası da daxil olmaqla 1,7 TB məlumatı internetdə paylaşıb.

Aşkar edilən məlumatlar arasında developer studiyasının gələcək planları da var. Belə ki, 2023-cü ilin iyulundan başlayaraq bir slaydda 2030-cu maliyyə ilini əhatə etməklə planlar göstərilir.

Sizə maraqlı gələ bilər  Call of Duty: Black Ops 6 rəsmi təqdimatı

Sözügedən slaydda Wolverine oyununun 1 aprel 2025-ci il və 31 mart 2026-cı il tarixlərini əhatə edən 2026-cı maliyyə ilində çıxacağını göstərir. Bundan əlavə 2025-ci maliyyə ilində Venom, 2028-ci maliyyə ilində Spider-Man 3, 2029-cu maliyyə ilində yeni Ratchet & Clank oyunu və 2030-cu maliyyə ilində X-Men oyunu ilə qarşılaşacağımızı görürük. 2031 və ya 2032-ci maliyyə ilində tam sıfırdan yeni oyunlar gələcəyi deyilir. Başqa sözlə, yaxın on il ərzində Insomniac Games tərəfindən altı oyun buraxılacaq.

 

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Həmçinin baxın
Close
Back to top button