Texnologiya

Epic Games-dən sizlər üçün əla xəbər !

Bu firma oyunçuları düşünür..

Epic Games Store-dan aldığınız oyun sonradan pulsuz verilirsə, üzülməyin. Epic Games mağazası cibinizi düşünür. Təfərrüatlar xəbərimizdə.

Bildiyiniz kimi, Epic Games mağazası açıldığı gündən etibarən pulsuz oyunları iki fərqli şəkildə paylayır. Bunlar ikiyə bölünür: həftəlik, sayca müxtəlif və gündəlik,(yeni il dövründə). Bu yolla bir qəpik də ödəmədən kitabxanalarımıza bəzən böyük, bəzən də kiçik büdcəli oyunları daimi olaraq əlavə etmək imkanımız var. Bu siyahıya hətta GTA 5 də əlavə edilmişdi. Sosial media hesablarında paylaşılana görə, satın aldığınız oyun sonradan pulsuz olarsa, mağaza həmin oyun üçün ödənilən pulu istifadəçiyə qaytarır. Maraqlısı odur ki, siz müraciət etmədən pulu avtomatik olaraq geri qaytarırlar. Sadəcə bir neçə gün gözləmək lazımdır. Bu addım əlbəttə ki, bütün istifadəçilər tərəfindən yüksək qiymətləndirilir və Epic Games mağazasının hörməti bir xeyli artdı.

Sizə maraqlı gələ bilər  AMD yeni Radeon RX 9000, Ryzen 9 9000X3D və FSR 4 texnologiyalarını tanıdacaq

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button