Oyun Xəbərləri

Gta 5 oyunu oğurlandı, Gta 6 haqqında yeni məlumatlar

Oyunlar oğurlana oğurlana gedir...

Bu yaxınlarda Gta 5 oyununun kodları oğurlanaraq internetə yüklənib. Rockstar firmasına bir kiber-hücum baş verib və oyunun qaynaq kodları oğurlanıb. Bundan başqa Gta 6 və Bully 2 haqqında da məlumatlar sızdırılıb. Deyilənə görə Gta 5 oyunun 8 ədəd DLC paketi olacaqmış. Hətta Liberty City-də olacaqmış. Amma Gta Online-nin uğurunu görən Rockstar sonradan bu paketləri ləğv edib. Və bu paketlər günümüzə gəlib çatmayıb.

Rockstarın bir başqa oyunu, James Bond tərzi agent olacağımız, 3-cü şəxs kameralı ekşn oyunu,eyniadlı Agent oyunu da səbəbini bilmədiyimiz halda ləğv edilmişdi. Edilən kiber-hücumdan sonra bu oyun haqqında da bəzi görüntülər paylaşılıb. Deyilənə görə Rockstar bu oyunu tam olaraq ləğv etməyib, gələcəkdə çıxa bilər.

Sizə maraqlı gələ bilər  AMD, FSR 3.1'i GDC 2024'də təqdim edib.

Gta 6 haqqında da bəzi məlumatlar sızdırılıb. Oyunun xəritəsinin çox böyük olacağı və oyunun hekayəsinin isə çox uzun olmayacağı deyilir. Deyilənə görə Red Dead Redemption 2 uzunluğunda birşey gözləməyin. Daha çox Gta 5-in hekayəsi uzunluğunda birşey olacaq. Yəni ki, 35-40 saat. Təbiiki bu yalnız hekayəyə aiddir. Açıq dünya missiyalarını keçməklə bu vaxt 2-3 qatına qaldırmaq olar.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button