Fntastic firmasının oyunu The Day Before ilk dəfə göstəriləndə oyunçular heyran olmuşdu və bu oyununun çıxmasını dörd gözlə gözləyirdilər. Həm də şübhə hissləri artmağa başlamışdı, çünki bu oyunun göstərildiyi kimi çıxacağına inananlar az idi. Çünki firmanın özü də təcrübəsiz firma idi. Bu cür böyük işin öhdəsindən gəlmək inandırıcı deyildi.
Dəfələrlə oyun ertələndi, firma məhkəməlik oldu, oyunçular firmaya fırıldaqçı damğası vurdu. Ama firma vaz keçməyib oyunu çıxardı. 7 dekabrda… Və 3 gün keçməmiş firma oyunu satışdan silərək şirkəti bağladıqlarını dedi. Oyunu alanların gəlirləri ilə də hissədarların borclarını ödəyəcəklərini bildirdilər. Görün indi, oyunu alanlar nə hisslər keçirir…. Bəs Steam-ın bu işdə günahı var mı? Bu qədər asan olmalıdır mı oyunçuları aldatmaq ?
Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, bu oyun hekayəsi olmayan, açıq dünya zombi oyunudur. 3-cü şəxs kameralı bu oyunda açıq dünyada sağ qalmağa çalışır və kraft edirik. Oyun çıxan kimi onsuz yerdən-yerə vuruldu. Sadəcə 12% bəyənildi. Buradan artıq bilinirdi bu oyunun içi boşdur…