Ubisoftun məşhur gəmi və dəniz piratları mövzusundakı oyunu Skull and Bones nəhayət ki, gəlir. 2013-cü ildə hazırlanmasına başlanılan, 2018-ci ildə E3 oyun festivalında elan edilən bu oyun illərdir ki, ertələnir. Səbəb isə oyunun oyunçular tərəfindən bəyənilməməsi və Ubisoftun özünün belə bu oyunu bəyənməməsidir.
Həm də artıq neçə vaxtdır ki, Ubisoftun üzərində qara buludlar gəzir. İşçilərin işdən çıxarılması, oyunlarının dalbadal ertələnməsi Ubisoftu çıxardığı oyunlarla deyil, başqa mövzularda gündəm edir. Bu oyunun bir sıra qapalı beta testləri keçirildi və oyunçular tərəfindən bəyənilmədi. Səbəb isə odur ki, oyunda ancaq çox oyunçulu mod var yəni hekayə modu yoxdur. Həm də oyun ancaq gəmi savaşlarından ibarətdir. Quruda bir aktivliyimiz yoxdur. Bütün bunlar Ubisoftu düşündürdü ki, oyunu yenidən normal şəkildə hazırlasınlar.
Və Game İnsider-in mənbəsinə görə, 2024-cü ilin 16 fevralında bu oyun PC, Playstation 5 və XBOX x,s series üçün çıxacaq. Ümid edək ki, bu artıq dəqiq xəbərdir və daha bir ertələnmə xəbəri ilə üz-üzə qalmayacağıq.