Oyun

Red Dead Redemption 3 gəlir?

Xoş siqnallar gəlməyə başlayır..

Red Dead Redemption 3 bir gün çıxacaq mı? Bununla bağlı hələlik qəti bir şey deyilməsə də, Rocer Klark ümidverici açıqlama verib.

Ən yaxşı oyun şirkəti hesab edilən Rockstar Games, Grand Theft Auto və Red Dead Redemption oyunlarını növbə ilə satışa təqdim edir. 2018-ci ildə buraxılan ikinci oyundan sonra növbə əlbəttə ki, Grand Theft Auto 6 ilə oyun dünyasının ən qiymətli markalarından birinin idi. Keçən gün yayımlanan ilk treyler ilə bir fırtına başladı, rekordlar qırıldı.

Bəs Red Dead Redemption 2 ?

Red Dead Redemption 2 oyununa olan maraq, hekayənin oyunçulara təsiri və oyunun böyük uğurundan sonra, yeni Grand Theft Auto oyunu təkcə treyleri ilə səs-küy yaratdı və növbəti oyununun Vəhşi Qərb temalı olub-olmayacağı artıq maraq mövzusuna çevrildi. Buna görə də “Red Dead Redemption 3 gələcəkmi?” sualı yenidən beyinlərdə dolanmağa başladı.

2018-ci ildə çıxan oyun, 2010-cu ildə çıxmış Red Dead Redemption 1 üçün ön hekayə təqdim edir. Hekayəsi və  xarakterləri, açıq dünyası və asanlıqla göz ardı edilə bilməyən detallara diqqəti ilə Rockstar Games səviyyəni çox yüksəklərə qaldırdı və unudulmaz bir təcrübə təqdim etdi. Beləliklə Grand Theft Auto 6 oyunundan gözləntiləri böyük səviyyəyə qaldırdı.

Sizə maraqlı gələ bilər  Suicide Squad: Kill the Justice League yenidən ertələndi

Əlbəttə ki, oyunçular növbəti Vəhşi Qərb macərasına can atırlar. Bu gözləntilər yeni Grand Theft Auto treyleri ilə daha da artdı. Şübhə yoxdur ki, Rockstar Games bundan xəbərdardır və ola bilsin ki, artıq planlar qurur. Biz bunu bilmirik, amma Artur Morqan xarakterinə həyat verən Roger Clark bizi sevindirəcək bir xəbər verdi. İş o yerə çatıb ki, sosial media hesabında ona verilən sualları cavablandıran Klark üçüncü oyunun mütləq çıxacağını bildirib. Lakin onun bu mövzuda heç bir məlumatı olmadığı üçün çıxacağı ili falan bilmək olmur…

Təbii ki, hazırda Red Dead Redemption 3 haqqında danışmaq çox tezdir. Bəzi iddialar Artur Morqan personajının geri dönəcəyini bildirsə də, Roger Clark bu ehtimalın kifayət qədər aşağı olduğunu və Rockstar Games-in bizə tamamilə yeni bir hekayə təqdim edəcəyini deyir. Bəzi oyunçular hər iki oyunun mərkəzində olan Van der Linde dəstəsinin necə yarandığına dair bir hekayə görmək istədiklərini söyləsələr də, Klark bunun belə olmayacağını deyir.

Emin Xan

Azərbaycanın yeganə oyun incələmə kanalı. Məqsədim ölkədə oyun sektorunu inkişaf etdirməkdir. Dəstək olun.

Related Articles

Back to top button