Bildiyiniz kimi, böyük ümidlərlə satışa çıxarılan “The Day Before” -un da tərtibatçısının da sonunu gətirən başqa bir oyun oldu. 7 dekabr 2023-cü ildə Erkən Oynama mərhələsində oyunçulara təqdim edilən açıq dünya sağ qalma oyunu sərt tənqidlərə, xüsusilə optimallaşdırma yönümlü problemlərə, vizual keyfiyyətin trailer videolarındakı kimi olmamasına, aşağı animasiya keyfiyyətinə və atışma hissinə görə məruz qalmışdı. Ancaq hələ bir həftə keçməsə də, FNTASTIC-in verdiyi açıqlama ilə oyunun maddi cəhətdən uğursuz olduğu və maddi sıxıntılar səbəbilə dəstəyi davam etdirə bilməyəcəyi bildirilib. Bu həm də studiyanın bağlanması demək olsa da, qısa müddətdə pulların geri qaytarılmasına başlanıldı.
2020-ci ildə elan edildikdən sonra trailer videoları ilə başlayan və internetdə lağa qoyulan “The Day Before” macərası proqnozlaşdırılan sonluqla geridə qaldı. Amma indi başqa bir problem ortaya çıxdı. The Day Before kodları qara bazara çıxdı və hazırda 200 dollara satılır.
Xüsusilə kolleksionerlər üçün cəlbedici görünsə də, unutmamalı bir şey var: bir müddət sonra serverlər tamamilə bağlanacaq. Beləliklə, The Day bir müddət sonra onsuz da tamamilə oynanılmaz olacaq. Belə olan halda deyə bilərik ki, 200 dollar ödəməyin məntiqli olub-olmaması şübhəlidir.